1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Adrian Skarlatake: "Asiya ölkələrindən təkliflər almışam"
Adrian Skarlatake Bakı "İnter"ini tərk edə bilər. Bu barədə Sportnet.az-a rumıniyalı müdafiəçinin özü açıqlama verib.
31 yaşlı oyunçu bildirib ki, onunla hələ də yeni müqavilə bağlanılmayıb. Skarlatake Asiya ölkələrindən təkliflər aldığını və "İnter" rəhbərliyi ilə görüşəcəyini söyləyib: "Tailand və Honq Konq klublarından təkliflər almışam. Sabah "İnter"in baş məşqçisi Zaur Svanadze və klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşəcəyəm. Bundan sonra qərarımı verəcəyəm".
Özü və həyat yoldaşının "İnter"də qalmağı çox istədiyini deyən təcrübəli müdafiəçi "bankirlər"lə yeni müqavilə bağlayacağına ümid etdiyini vurğulayıb: "Ümidvaram ki, ortaq məxrəcə gələcək, özüm və klub adına əlverişli anlaşmaya imza atacağıq. Şübhəsiz ki, mən "İnter"də qalmaq və Avropa Liqasında oynamaq istərdim. Həyat yoldaşım da Bakını sevir. Rumıniya Azərbaycandan elə də uzaqda deyil. Evə gedib-qayıtmaq asandır. Asiya isə uzaqdır. Baxmayaraq ki, Asiya klubları daha yüksək məbləğ təklif edirlər. Amma sabah hər şeyə aydınlıq gələcək".
Skarlatake "İnter"də probleminin olmadığını da əlavə edib: "Zaur Axundov çox yaxşı və dürüst insandır. O, ödənişləri vaxtlı-vaxtında edir. Əmək haqqımız da yaxşıdır. Komandamızın azarkeşlərini də bəyənirəm. İnanıram ki, hər şey yaxşı olacaq".
Qeyd edək ki, bu yaxınlarda "İnter" rəhbərliyi Adrian Skarlatake ilə yeni müqavilənin bağlanılacağını açıqlayıb.