
Yay fasiləsində "Qarabağ”dan ayrılan Muarem Muaremin yeni komandası müəyyənləşib.
Sportnet.az-ın "Ajansspor"a istinadən verdiyi məlumata görə, 28 yaşlı makedoniyalı yarımmüdafiəçi Türkiyənin I divizionunda çıxış edəcək "Adanaspor”la razılıq əldə edib. Keçidi rəsmiləşəcəyi təqdirdə, o, Ağdam komandasındakı keçmiş komanda yoldaşı Reynaldo ilə çiyin-çiyinə çıxış edəcək. Klubun baş məşqçisi isə azərbaycanlı Asim İbrahimovdur.
Qeyd edək ki, Muarem Muarem daha əvvələ Türkiyənin "Orduspor” və "Eskişehirspor” komandalarının formasını geyinib.