
2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən "Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, fransalı Stiven Jozef-Monrozla 2 illik müqavilə bağlayıb.
27 yaşlı yarımmüdafiəçi sağ cinah vingeri kimi çıxış edir. Jozef-Monroz "Bondi”, "Lievin” və "Lans” klublarının yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edib. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu 2011-ci ilədək "Lans”ın formasını geyinib. 2010-cu ildə "Şatoru”ya icarəyə verilən yarımmüdafiəçi Belçikada da legioner həyatı yaşayıb. O, "Kortriyk” (2011-2012) və "Genk”in (2012 - 2015) uğurları üçün çalışıb. Cinah oyunçusu 2012/2013 mövsümündə Belçika kubokunun qalibi adını qazanıb, 2011/2012 mövsümündə isə finalçısı olub. Jozef-Monroz 2015 - 2017-ci ildə Fransada "Brest”də çıxış edib. Yarımmüdafiəçi 2007 - 2012-ci illərdə ölkəsinin U-18, U-19, U-20 və U-21 yığmalarının şərəfini qoruyub.
Qeyd edək ki, "Qəbələ" klubu daha öncə Aqil Məmmədov, Elvin Məmmədov, İlqar Qurbanov və ispaniyalı Xavyer Ernandes Qonzaleslə müqavilə imzalayıb.