
"Zirə" klubu Lüksemburq "Differdanj"ı ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun hazırlıq prosesinə başlayıb. Sportnet.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv "Qarabağ"a məxsus "Azərsun Arena"da bir araya gəlib.
Komanda üzvləri iyunun 29-da keçiriləcək görüşədək buradan yararlanacaq. Görüş təbii örtüklü "Dalğa Arena"da keçiriləcəyi və "Qarabağ" hazırda Avstriyada təlim-məşq toplanışında olduğundan, hazırlıq üçün "Azərsun Arena" məqsədəuyğun sayılıb.
Qeyd edək ki, "Zirə" - "Differdanj" matçı saat 21:00-da başlanacaq.