
Azərbaycan milli komandasının və Türkiyənin "Bursaspor" klubunun futbolçusu Dəniz Yılmaz Super Liqanın debütantı "Göztəpə"nin maraq dairəsinə düşüb.
Sportnet.az-ın "Doğan" agentliyinə istinadən məlumatına görə, İzmir təmsilçisi "timsahlar"la yollarını ayırmaq üzrə olan 29 yaşlı hücumçunun transferi istiqamətində çalışmalara başlayıb.
Baş məşqçi Tamer Tunanın istəyi əsasında Yılmazla əlaqə quran rəhbərlik "Gəlirəm" cavabını alıb. Hazırda bu keçidin son mərhələdə olduğu bildirilir. Təcrübəli forvardın iyulun 3-də başlanacaq hazırlıq prosesinədək rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Dəniz Yılmaz bu mövsüm "Bursaspor"un heyətində istənilən oyunu sərgiləyə bilməyib.