1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Abbasov nəyə sevinir?
"Doğma və futbola göz açdığım komandaya qayıtdığım üçün şadam".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"la icarə müqaviləsi bitdiyi üçün "Neftçi"nin sıralarına dönən Mirabdulla Abbasov deyib. 22 yaşlı yarımmüdafiəçi bildirib ki, hələlik məşqlər fiziki hazırlıq üzrə aparılır: "Bərpa prosesinə başlamışıq. Əhval-ruhiyyə yaxşıdır. İnanıram ki, hər şey yaxşı olacaq. "Neftçi"nin əvvəlki günlərində olduğu kimi oynamasından ötrü əlimizdən gələni edəcəyik".
Abbasov azarkeşlərə minnətdarlıq etməyi də unutmayıb: "Onlar "Sumqayıt"da olduğum müddətdə də mənə böyük dəstək oldular. Bundan sonra daha artıq dəstəkləmələri üçün əlimdən gələni edəcəyəm. Onlara "çox sağ ol" demək istəyirəm".
Qeyd edək ki, Mirabdulla Abbasov 2016-2017 mövsümündə "Sumqayıt"ın heyətində Azərbaycan Premyer Liqasında 7 qol vurub. O, komandanın ən yaxşı bombardiri olub.