1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“İnter”dən Serbiya darmadağını - YENİLƏNDİ
Bakı "İnter"i futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı "İnter”in rəqibi Sebiya çempionatında 4-cü yeri tutan "Mladost” olub. Luçani şəhərindəki eyniadlı stadionda keçirilmiş görüş "İnter"in böyük hesablı qələbəsi ilə yekunlaşıb. Zaur Svanadzenin baş məşqçi olduğu komandadan Adrian Skarlatake ilk yarıda "dubl" edib. İkinci hissədə isə Rauf Əliyev uzaq məsafədən dəqiq zərbə ilə yekun nəticəni müəyyənləşdirib - 3:0.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 6-da Bakıda keçiriləcək.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
29 iyun
22:30. "Mladost” (Luçani, Serbiya) – "İnter” (Azərbaycan) - 0:3
Qollar: Adrian Skarlatake, 23; 42. Rauf Əliyev, 75
Baş hakim: Aleksey Matyunin
Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov
Dördüncü hakim: Yevgeni Turbin (hakimlər briqadası Rusiyadandır)
Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)
UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)
Luçani. "Mladost” stadionu