Belə oyun gözləyirdik. Çətin olacağını bildirdik. Çünki 100 faiz hazır deyilik. Bəzi futbolçular bizı gec qoşulub. Buna rəğmən iki qol vurduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Ayxan Abbasov futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Lüksemburqun "Differdanj" komandası üzərində 2:0 hesablı qələbədən sonra təşkil edilən mətbuat konfransında deyib.
36 yaşlı mütəxəssis bildirib ki, cavab matçı daha çətin olacaq: "Qarşıda cavab matçı da var. Ona hazırlaşacağıq. Azarkeşlərə də minnətdarlığımı bildirirəm".
- Qalib gəlsəniz də komandanızda həyəcan hiss olunurdu...
- İlk dəqiqələrdən həyəcan vardı. Çünki evdə oynayırıq, qalib gəlməli idik. Müdafiədə iki yeni futbolçu var. Səhvlərimizin olması normaldır.
- Qapıçı Anar Nəzirovla sol cinah müdafiəçisi Təmkin Xəlilzadə, eləcə də dayaq yarımmüdafiəçisi Milan Duriç yaxşı təsir bağışlamadılar. Siz necə düşünürsünüz?
- Bəzi futbolçularda həyacan vardı. Məsələn, ilk hissədə Orxan Əliyevi qeyd edərdim. Təmkinə gəlincə, ötən mövsümdə hücumda olduğu qədər fəallıq nümayiş etdirməsə də, ümumilikdə pis oynamadı. Anarın çıxışından da razı qaldım.
- Çatışmazlıqları aradan qaldırmağa bir həftə bəs edəcək?
- Bu fiziki çatışmazlıqla bağlı deyil. Bu baxımdan problem yoxdur. Futbolçularımızın uyğunlaşması üçün vaxt lazımdır. İlk rəsmi matçımız idi. Oyundan oyuna yaxşı olacaq.
Qeyd edək ki, bu kollektivlər arasında cavab matçı iyulun 6-da Lüksemburqda keçiriləcək.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |