
"Differdanj"ın baş məşqçisi "Zirə"yə məğlubiyyətdən sonra mətbuat konfransına gəlməyib
Lüksemburqun "Differdanj” komandasının baş məşqçisi Paskal Karzaniqa futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə"yə 0:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransına gəlməyib.
Sportnet.az-ın məlumatına görə, fransalı mütəxəssis təyyarəyə gecikdiklərini əsas gətirərək belə bir addım atıb.
Qeyd edək ki, bu kollektivlər arasında cavab matçı iyulun 6-da Lüksemburqda keçiriləcək.