Bakının "İnter” klubunun icraçı direktoru Rəmiş Malıyevin UEFA-nın Hüquq Komissiyasında növbəti müddətə fəaliyyətini davam etdirməsi sual altındadır.
Sportnet.az xəbər verir ki, bu barədə "Report”a o, özü bildirib.
41 yaşlı mütəxəssis deyib ki, "İnter” klubu yaşayacağı halda, o, komissiyadan ayrılacaq: "Bu, əvvəlki tərkibin yenilənmiş siyahısıdır. Mən həmin siyahıda yer alsam da, yaxın vaxtlarda yəqin ki, oradan çıxacağam. Əgər "İnter" dağılmasa, fəaliyyətimi bu klubda davam etdirəcəyəm".
"İnter"in yaşamama təhlükəsi varmı?" sualına isə R.Malıyev konkret cavab verməyib: "Həyatda hər şey mümkündür".
Qeyd edək ki, Rəmiş Malıyev AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri, eləcə də UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsidir.