"Qarabağ" Polşanın "Legiya" klubunun kapitanı və tarixi ərzində ən yaxşı oyunçusu Yakub Jezniçakı transfer etməyə yaxındır. Sportnet.az-ın legia.net-ə istinadən məlumatına görə, Ağdam təmsilçisi təcrübəli müdafiəçiyə "Legiya"da aldığından iki dəfə artıq maaş təklif edib.
Jezniçakın digər təklifləri də olub. Polşalı müdafiəçi ilə İran və MLS klubları da maraqlanıb. Lakin sonra o, "Qarabağ"a üstünlük verib. Yeni transfer iyulun 2-də tibbi müqavilədən keçdikdən sonra 2 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, 2008-ci ildən Polşa yığmasının heyətində 9 oyunda forma geyinmiş Yakub Jezniçak "Legiya"dan savayı "Vidzev"in də üzvü olub.