21
yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bernhard
Lippertin mətbuat konfransı keçiriləcək. Sportnet.az-ın Azərbaycan Futbol Federasiyası Assosasiyasının (AFFA) rəsmi saytına istinadən məlumatına görə,
mətbuat konfransı sentyabrın 2-də təşkil ediləcək.
Konfrans
13:30-da AFFA-nın inzibati binasında keçirələcək. Lippertin jurnalistlərlə
görüşü millimizin İsrail komandasına qarşı keçiriləcək AÇ-2015-in seçmə oyunu
ilə əlaqədardır.
Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və İsrail komandaları sentyabrın 3-də saat 19:00-da görüşəcək. Oyun "Dalğa Arena”da baş tutacaq.