
Futbol üzrə
Azərbaycanın əsas millisinin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcək. Sportnet.az-ın
Azərbaycan Futbol Federasiyası Assosasiyasının (AFFA) rəsmi saytına istinadən
məlumatına görə, mətbuat konfransı sentyabrın 2-də təşkil ediləcək.
Foqts
jurnalistlərin suallarını Moskva şəhərindəki "Ekaterinsky Hall” otelində, yerli
vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 16:30-da) cavablayacaq.
Qeyd edək ki, sentyabrın 3-ü, Moskva şəhərindəki "Ximki Arena”da Rusiya və Azərbaycan milli komandaları yoldaşlıq oyununda qarşılaşacaq.