1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əmirquliyev bir ildən çox boş qalan formada
"Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev 2017-2018 mövsümündə yeni forma ilə mübarizə aparacaq. Sportnet.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi 7 nömrəli geyimlə meydana çıxacaq.
O, əvvəllər "15"i geyinirdi. "7" isə bir ildən çox sahibsiz qalıb. Sonuncu dəfə bu nömrə ilə 2015-2016 mövsümündə Namiq Yusifov çıxış edib. Lakin Yusifov 2016-cı ilin iyununda karyerasını bitirərək, məşqçiliyə başlayıb. Nəticədə ötən mövsüm həmin forma heç kimdə olmayıb.
Qeyd edək ki, "Qarabağ" bu gün Çempionlar Liqasında ilk oyununu keçirəcək. II təsnifat mərhələsinə təsadüf edən görüşdə rəqib Gürcüstan "Samtredia"sı olacaq.