Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən öncə "Zirə" və Rumıniyanın "Astra" komandalarının baş məşqçilərinin iştirakı ilə mətbuat konfransı və açıq məşqlər təşkil ediləcək.
Sportnet.az-ın məlumatına görə, iyulun 19-da saat 19:15-də "Astra"nın baş məşqçisi Eduard Yordanesku media qarşısına çıxacaq. Saat 19:30-da qonaq komandanın mətbuat üçün açıq məşqi olacaq.
Saat 20:30-da "Zirə"nin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı, 21:00-da "Zirə"nin mətbuat üçün açıq məşqi təşkil ediləcək.











































































