1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə" və "İnter" dayandı, "Qəbələ" mərhələ adladı - YENİLƏNDİ
Azərbaycan klubları Avropa Liqasının II təsnifat mərhələsində cavab oyunlarını keçiriblər. Sportnet.az-ın məlumatına görə, 3 komandadan yalnız 1-i evdə oynayıb.
"Zirə" Rumıniya "Astra"sını sınağa çəkib. İlk görüşdə "Astra" 3:1 hesabı ilə qalib gəldiyindən, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv ya 2 cavabsız qolla, qapısında qol görəcəyi təqdirdə isə ən azı 3 top fərqi ilə qələbə qazanmalı idi. Buna nail olacağı halda, "Zirə" Avroliqanın III təsnifat mərhələsində Ukrayna "Aleksandriya"sı ilə qarşılaşacaqdı. Lakin görüş qolsuz yekunlaşıb. "Zirə" 90 dəqiqə ərzində etdiyi səylərə baxmayaraq, fərqlənə bilməyib. Nəticədə mərhələ adlayan "Astra" "Aleksandriya"ya rəqib olub.
Ölkənin ilk görüşdən qalib ayrılan yeganə təmsilçisi Bakı "İnter"i Lüksemburqda "Fola Eş"in qonağı olub. Zaur Svanadzenin baş məşqçi olduğu komanda böyük hesabla yenilərək, mübarizəni dayandırıb. "Qalatasaray" (Türkiyə) "Ostersun" (İsveç) ilə ev oyununda 1:1 hesablı heç-heçə etdiyindən, rəqibi evdə 2:0 hesabı ilə qalib gəldiyi üçün mərhələ adlayıb. Nəticədə növbəti mərhələdə "İnter" - "Qalatasaray" qarşıdurması baş tutmayıb. Əvəzində "Fola Eş"lə "Ostersun" bir-birinə rəqib olub.
Nəhayət, "Qəbələ" Polşada "Yagelloniya" ilə üz-üzə gəlib. İlk oyunda Bakıda 1:1 hesablı heç-heçə qeydə alındığından, "qırmızı-qaralar" səfərdə ən azı minimal hesabla qalib gəlməli və ya daha çox qol vurmaqla heç-heçəyə nail olmalı idilər. Roman Qriqorçukun baş məşqçi olduğu kollektiv oyunun əvvəllərində və sonlarında vurduğu qollarla məqsədinə çatıb. Nətcədə "Qəbələ" Azərbaycanın Avroliqada mübarizəni davam etdirən yeganə təmsilçisi kimi III təsnifat mərhələsində Yunanıstan "Panatinaikos"una rəqib olub.
Avropa Liqası, II təsnifat mərhələsi
Cavab görüşləri
21:00. "Zirə (Azərbaycan) - "Astra" (Curcu, Rumıniya) - 0:0
Baş hakim: Georgi Vadaçkoriya
Yan xətt hakimləri: Zaza Menteşaşvili, Georgi Elikaşvili
Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)
UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
Bakı, "Dalğa Arena"
İlk oyun - 1:3
21:30. "Fola Eş" (Lüksemburq) - "İnter" (Bakı, Azərbaycan) - 4:1
Qollar: Samir Haci, 21. Enis Saiti, 32. Tom Laterza, 59. Sedrik Sakras, 90+4 - Pərdis Fərcad-Azad, 70
Baş hakim: Donatas Rumsas
Yan xətt hakimləri: Aleksandr Radius, Vladimir Gerasimov
Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)
UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
Eş sür-alzett, "Emil Mayriş" stadionu
İlk oyun - 0:1
23:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) - 0:2
Qol: İlqar Qurbanov, 18. Filip Ozobiç, 90
Baş hakim: Konstantin Sebastian Koltesku
Yan xətt hakimləri: Radu Adrian Stefan Ginqulyak, Vladimir Urzitsa
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
Belostok, "Miejski" stadionu
İlk oyun - 1:1.