"Sumqayıt" klubu Türkiyənin Bolu bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçına çıxıb. Sportnet.az-ın məlumatına görə, rəqib Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Tavun" olub.
"Fənərbağça" klubunun təlim-məşq bazasında baş tutan oyunda "Sumqayıt" minimal hesabla qələbə qazanıb. Yeganə qolu 4-cü dəqiqədə Cavid İmamverdiyev vurub. Bununla da, Samir Abasovun baş məşqçi olduğu kollektiv Bolu toplanışını başa vurub. Komanda iyulun 29-da səhər saatlarında Vətənə yola düşəcək.
Qeyd edək ki, 1956-cı ildə qurulmuş "Al-Tavun" Burayda şəhərini təmsil edir. Komanda 2016/2017 mövsümündə Səudiyyə Ərəbistanı Professional Liqasında 7-ci yeri tutub.
Yoxlama oyunu
Topuk Yaylası İdman Kompleksinin stadionu
"Al-Tavun" - "Sumqayıt" - 0:1
Qol: Cavid İmamverdiyev, 3
"Sumqayıt" bu heyətlə çıxış edib: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 18. Tural Axundov, 5. Vüqar Bəybalayev, 97. Xəyal Nəcəfov, 32. Rəşad Eyyubov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 9. Amil Yunanov
Oyuna sonradan daxil olanlar: 6. Kamal Mirzəyev, 2. Rail Məlikov, 90. Ramil Həsənov, 11. Ehtiram Şahverdiyev.
------------------------------------------
2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda son yoxlama matçına çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Samir Abasovun baş məşqçi olduğu komanda bu gün Səudiyyə Ərəbistanı təmsilçisi "Al-Tavun"la üz-üzə gələcək. Qarşılaşma Topuk Yaylası İdman Kompleksinin stadionunda yerli vaxtla saat 17:00-da start götürəcək.
Qeyd edək ki, 1956-cı ildə qurulmuş "Al-Tavun" Burayda şəhərini təmsil edir. Komanda 2016/2017 mövsümündə Səudiyyə Ərəbistanı Professional Liqasında 7-ci yeri tutub.