"Zirə” yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, "qartallar” Zirə İdman Kompleksinin stadionunda "Şüvəlan”la üz-üzə gəlib.
Qarşılaşmanın ilk yarısında meydan sahiblərindən Orxan Əliyev cərimə zərbəsini dəqiq yerinə yetirib – 1:0. Fasilədən sonra "qartallar” daha üç dəfə rəqib qapısına yol tapıb. Təmkin Xəlilzadənin ardıcıl iki gözəl hərəkətini Əliyev dəqiq tamamlayaraq, "het-trik"ə imza atıb. Oyunda son nöqtəni isə Vüsal İsgəndərli qoyub - 4:0.
"Zirə”: Kamal Bayramov (k), Yovan Krneta, Sadiq Quliyev, Yusif Nəbiyev, Qabriel Matey, Viktor İqbekoyi, Vüqar Mustafayev, Orxan Əıiyev, Təmkin Xəlilzadə, David Manqa, Riçard Qadze.
İkinci hissədə meydana girənlər: Anar Nəzirov, Adil Nağıyev, İlkin Muradov, Nicat Qurbanov, Murad Səttarlı, Vüsal İsgəndərli, Müşfiq İlyasov.
"Zirə" növbəti yoxlama oyununu avqustun 5-də keçirəcək.








































































