1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robertas Poşkus: “Bakıda tələblər aydın idi”
"Mən Bakı "İnter”ində çıxış etmişəm. Orda hər şey əla idi”.
Sportent.az-ın məlumatına görə, bunu Bakı "İnter”inin sabiq futbolçusu Robertos Poşkus deyib.
Hazırda Rusiya təmsilçisi "Amkar”ın əvəzedici komandasının baş məşqçisi olan litvalı veteran klubun rəsmi saytına müsahibəsində "İnter”də keçirdiyi günləri də xatırlayıb: "Tələblər aydın idi, çünki Kaxaber Sxadadze kimi baş məşqçimiz vardı. O, vaxtı ilə Hacı Hacıyevin rəhbərliyi altında oynayıb, onun məktəbin keçib. Yeri gəlmişkən, Sxadadze hazırda "Kayrat”ın baş məşqçisidir. Andrey Arşavin və Çuma Anene onun rəhbərliyi altında çıxış edir”.
Qeyd edək ki, 2009-2011-ci illərdə "İnter”də, 2011-2012-ci illərdə "Simurq”da çıxış edən Poşkus yanlışlığa yol verib. Sxadadze artıq "Kayrat”ın baş məşqçisi deyil. Qazaxıstan təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırandan sonra gürcüstanlı mütəxəssis istefa verib.