"Qəbələ" klubu futbolçusu Araz Abdullayevi Kipr "Anortosis"inə havayı icarəyə verib.
Bu barədə Sportnet.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Onun sözlərinə görə, "Anortosis" Azərbaycan millisinin yarımmüdafiəçisi üçün heç bir məbləğ ödəməyəcək. Əvəzində razılığa əsasən, Abdullayevin maaşını "Qəbələ" yox, "Kipr təmsilçisi ödəyəcək. Bununla da 25 yaşlı oyunçuya verilən əmək haqqı "qırmızı-qaralar"a qalacaq.
Qeyd edək ki, Araz Abdullayev "Anortosis"ə 1 illik icarəyə verilib.