Bu gün "Qarabağ” komandası Çempionlar Liqasının "pley-off” mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Ağdam təmsilçisi paytaxtda Danimarka çempionu "Kopenhagen”i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Mahir Mədətov vurub. Gənc hücumçu Dino Ndlovunun zərbəsindən sonra dirəyə dəyib qayıdan topu tora göndərib.
Qeyd edək ki, bu görüş həm "Qarabağ”, həm də Azərbaycan üçün tarixi əhəmiyyət daşıyıb. Qitənin ən nüfuzlu klub turnirində "pley-off”a vəsiqə qazanmaqla ilkə imza atan "köhlən atlar” indi də qrupa düşməyi hədəfləyiblər. Bunun üçün cavab görüşündə nəinki qələbə və ya heç-heçə, hətta qol vurmaq şərtilə bir top fərqli məğlubiyyət də yetərlidir. Həmin oyun avqustun 23-də Danimarkanın paytaxtı Kopenhagendəki "Parken" stadionunda olacaq.
Qeyd edək ki, "Qarabağ”la "Kopenhagen” 1998/1999 mövsümünün Kuboklar Kubokunda üz-üzə gəliblər. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) hesabı ilə uduzan Ağdam təmsilçisi indi bunun əvəzini çıxmağa çox yaxındır.
Çempionlar Liqası
"Pley-off” mərhələsi, ilk oyun
15 avqust
20:00. "Qarabağ” (Azərbaycan) – "Kopenhagen” (Danimarka) - 1:0
Qol: Mahir Mədətov, 25
Baş hakim: Paolo Talyavento
Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza
Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato
Dördüncü hakim: Filippo Meli (hakimlər briqadası İtaliyadandır)
Hakim-inspektor: Frits Stuçlik (Avstriya)
UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
CANLI YAYIM üçün link: http://freebets.tips/