"Bizi asan olmayan bir oyun gözləyir. Artıq rəqib barədə məlumatımız var".
Braziliyalı yarımmüdafiəçi bildirib ki, Ağdam təmsilçisi skandinaviyalılarla görüşdə səbrli oynamalıdır: "Onların 4-4-2 sistemi ilə oynadığını bilirik. Səbrli oynamalıyıq".
R.Almeyda son vaxtlar zəif çıxış etməsi ilə bağlı sualı belə cavablandırıb: "Əvvəlki formamda olmadığımı qəbul edirəm. Həm fiziki, həm də texniki cəhətdən. Lakin bu, yaşla və ya çempionatın səviyyəsi ilə bağlı yox, qasıq nahiyyəmdəki zədə ilə əlaqədardır. Artıq əvvəlki formamı bərpa etmək üzrəyəm".
Qeyd edək ki, avqustun 15-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.