
Clear bu ildən Azərbaycan milli komandasının rəsmi şampunu olub. Sportnet.az-ın məlumatına görə, bununla bağlı AFFA-da tədbir keçirilib. Mərasimdə qurumun baş katibi Elxan Məmmədov bildirib ki, yığmamızın dəstəkçilərinin sayının artması xoş haldır: "Clear da bu markalardan biridir. Biz də məhz bu gün rəsmi müqavilə imzalamaq istəyirik". Clear-ın prezidenti Ziya Domaniç isə qısa çıxışında yığmamıza 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində uğurlar arzulayıb. Ardından tərəflər arasında müqavilə imzalanıb.
Millimizin baş məşqçisi Berti Foqts və futbolçu Ruslan Abışov yığmamızın formasını şirkət rəsmisinə təqdim ediblər.