"Bizim üçün adi çempionat oyunlarından biridir. "Qəbələ” hər zaman iddialıdır, bu il də həmçinin. Üç tur geridə qalıb, hələlik liderik”.
Bunu Sportnet.az-a açıqlamasında "Zirə”nin baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində səfərdə "Zirə”yə qarşı keçirəcəkləri oyunu şərh edərkən deyib.
36 yaşlı mütəxəssis səfərdən ən azı bir xalla qayıtmağa çalışacaqlarını söyləyib: "Qəbələ” ötən mövsümdən də iddialıdır. Oyuna yaxşı hazırlaşmışıq. Həmişəki əzmkarlığımızı göstərmək istəyirik. Səfərdən ən azı bir xal gətirməyə çalışacağıq. Çempionata yaxşı başlamışıq. Bu oyunda məğlub olsaq belə, bu, iddiamızdan əl çəkəcəyimiz anlamına gələ bilməz. Zədəli və ya cəzalı futbolçumuz yoxdur”.
Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək "Qəbələ” - "Zirə” oyunu saat 20:30-da başlayacaq.