"Liverpul"un braziliyalı ulduzu Flip Koutinyo "Mançester Siti" ilə görüşdə iştirak etməyəcək.
Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın 4-cü turu çərçivəsində səfərdə "Mançester Siti"nin qonağı olacaq "mersesaydlılar" Koutinyosuz meydana çıxacaq. Baş məşqçi Yurqen Klopp 25 yaşlı yarımmüdafiəçinin adını iştirak ərizəsinə daxil etməyib. Buna səbəb isə futbolçunun kürəyində ağrıların olmasıdır.
Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" görüşü sabah keçiriləcək.








































































