"Bəsit səhvlərdən qol buraxdıq. Bu da normaldır, futbolda hər şey olur. Gələn oyunlarda bu cür səhvləri təkrarlamarıq”.
Sportnet.az xəbər verir ki, bunu "İnter” komandasının futbolçusu Nizami Hacıyev Azərbaycan Premyer Liqasının IV turunun açılış matçında "Kəpəz” üzərində 3:2 hesablı qələbəni şərh edərkən deyib.
Paytaxt təmsilçisinin kapitanı hesabda 3:0 öndə olduqdan sonra 2 qol buraxmalarına da toxunub. O, bunu arxayınçılıqla bağlı olduğunu söyləyib: "Belə bir "xəstəliyə” tutulmuşuq: qol vurandan sonra arxayınçılıq olur. Bunu aradan qaldırmaq lazımdır. "Kəpəz” fəal oynayırdı, yaxşı komandaları var. Onlara uğrular arzulayıram. Bu gün idman xoşbəxtliyi bizim tərəfimizdə idi. Əlbəttə, 4 oyuna 6 xal ürəkaçıcı deyil. Amma nə edək, ilk turlarda xallarımızı itirdik. Heyfslənirik, lakin artıq geriyə baxmağa vaxtımız yoxdur. Ancaq irəliyə baxıb, növbəti görüşlərdə xallar qazanmalıyıq”.
N.Hacıyev "Kəpəz”in 65 metrdən qol vurmasında "İnter”in qapıçısı Orxan Sadıqlının səhvə yol verməsinə də münasibət bildirib: "Futboldur, olur. İlk qolda ortada top itirdim. Bu, normalıdır. Kimsə itirməlidir, kimsə də vurmalıdır. Burda kriminal bir şey yoxdur”.