
"Sumqayıt” klubunun futbolçusu Nicat Muxtarov Sumqayıt məhkəməsi tərəfindən zaminə buraxıla bilər.
Sportent.az xəbər verir ki, onun futboçu olması nəzərə alınaraq, girov qarşılığında azad edilməsi gözlənilir.
Qeyd edək ki, Nicat Muxtarov sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub.