
AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının V turunun "Neftçi" - "Zirə" matçı ilə bağlı məsələlərə baxılıb.
Sportnet.az-ın məlumatına görə, qonaq komanda 4 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat cərimələnib.
Meydan sahiblərindən isə futbolçu Mirabdulla Abbasov 86-cı dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb. Onun klubuna 200 manatlıq cərimə tətbiq olunub. "Neftçi" növbəti oyununu sentyabrın 24-də səfərdə "Qəbələ"yə qarşı keçirəcək.
Bu komandaların əvəzedici heyətləri arasındakı oyunun 81-ci dəqiqəsində "Neftçi”nin futbolçusu Elvin Sərkərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 800 manat cərimələnib.
"İnter"lə matçda "Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. 83-cü dəqiqədə "İnter”in futbolçusu Murad Qayalı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat ziyana düşüb.
"Qəbələ” ilə matçın videoyazısını təqdim etməyən "Səbail"ə isə 400 manat cərimə kəsilib.