1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Prosineçkidən qorxmayan Nizami
"Milliyə çağılacağımı düşünürəm. Prosineçkidən dəvət gözləyirəm. Həm Prosineçkiyə, həm də mənə inanmayan şəxslərə sübüt etmək istəyirəm ki, millidə oynaya bilirəm və heç kimdən zəif deyiləm".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı "İnter"inin kapitanı Nizami Hacıyev Topaz Premyer Liqasının VI turunda "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
29 yaşlı oyunçu onu milliyə dəvət etməyən xorvatiyalı mütəxəssis barədə də danışıb: "Həyatda hər şey baş verə bilər. Ola bilər ki, Prosineçki yatıb yuxuda görə bilər ki, Nizami Almaniya ilə oyunun start heyətində yer almalıdır".
Hacıyev Prosineçkiyə dediyi açıq sözlərinə görə heç zaman çəkindmədiyini gizlətməyib: "Mən heç vaxt çəkinən, nədənsə qorxan biri olmamışam. Biz həyatda hörmətin nə olduğunu bilirik" (qol.az).