
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında VI turun 3 oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar məhsuldarlığı ilə diqqət çəkib.
Qapılara ümumilikdə 17 qol vurulub. "Qəbələ" "Neftçi"ni, "Sumqayıt" "Qarabağ"ı böyük hesabla yendiyi halda, "Səbail" "Kəpəz"ə minimal fərqlə qalib gəlib.
Əvəzedicilərin çempionatı
VI tur
"Səbail” - "Kəpəz” – 2:1
Qollar: Aqşin Hüseynov, 21; Murtuz Abakarov, 63 - Eltac Mirzəyev, 41
"Qarabağ” - "Sumqayıt” – 1:5
Qollar: Salman Cəfərov, 33 - Ehtiram Şahverdiyev, 6; Ramil Həsənov, 29; Süleyman Piriyev, 31; İbrahim Qədirzadə, 54, (ö.q.); Fərid Kərimzadə, 70
"Qəbələ” - "Neftçi” – 7:1
Qollar: Roman Hüseynov, 35; Ülvi İbazadə, 37; Famusa Kone, 44; Hacıağa Hacılı, 53; Ülvi İsgəndərov, 61; 76; 89 - Miradbulla Abbasov, 81