
"Qarabağ"ın futbolçusu Miçel klubu tərəfindən cəzalanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. O, ispaniyalı yarımmüdafiəçinin "Sumqayıt"la Azərbaycan Premyer Liqasının VI tur matçında qırmızı vərəqə almasını səbəb göstərib: "Belə şeylər bağışlanılmır. Amma idmanda bu cür səhvlər mümkündür. Hətta özümdə də olur. Bunu normal qarşılayıram. Klubda yaratdığımız nizam-intizamdan uzaqlaşmamalıyıq. Miçel peşəkar futbolçularımızdan biridir. Sabah "Roma" ilə matçda meydanda olma ehtimalı çoxdur".
Qeyd edək ki, Miçel "Qarabağ"ın "Sumqayıt"ı 4:1 hesabı ilə yendiyi görüşün 88-ci dəqiqəsində qırmızı vərəqə alıb.