Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Çexiya oyununu izləyənlər arasında türkiyəli məşqçi Ərtuğrul Sağlam da var.
Sportnet.az xəbər verir ki, təcrübəli mütəxəssis Türkiyənin "Kayserispor" komandasında onun rəhbərliyi altında çıxış etmiş Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun vida matçını izləmək üçün Bakıya gəlib.
Qeyd edək ki, R.Sadıqov 2005-2006-cı illərdə "Kayserispor"da oynayıb. Ə.Sağlam isə 2005 - 2007-ci illərdə bu komandanın baş məşqçisi olub.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |