Futbol üzrə Azərbaycan Kubokunda 2017/2018 mövsümünə start verilib.
Sportnet.az xəbər verir ki, ilkin mərhələdə iki görüş keçirilib. "Ağsu” "Mil-Muğan”la qarşılaşmada minimal hesabla uduzub. MOİK isə "Turan Tovuz”u yenməyi bacarıb - 2:1. Beləliklə, 1/8 finalda görüşəcəklər:
"Qəbələ" - "Mil-Muğan"
"Şüvəlan" - "Səbail"
"Zirə" - "Xəzər"
"Neftçi" - "Zaqatala"
MOİK - "İnter"
"Kəpəz" - "Binə"
"Qarabağ" - "Qaradağ Lökbatan"
"Sumqayıt" - "Sabah"
Növbəti mərhələnin oyunları noyabrın 29-da keçiriləcək.
Azərbaycan Kuboku
1/16 final11 oktyabr (çərşənbə)
14:00. "Ağsu” – "Mil-Muğan” - 0:1
Qol: Vasif Mehrəliyev, 80
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz MəhərrəmovAFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzuli Nəcəfov
Ağsu şəhər stadionu
14:00. MOİK – "Turan Tovuz” - 2:1
Qol: İsmayıl İbrahimli, 13. Qərib İbrahimov, 87 - Elnur Səmədov, 40
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik YunusovAFFA nümayəndəsi: Rüfət Əliyev
Hakim-inspektor: Xaqani Məmmədov
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu.