"Zirə” komandası Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb. Sportnet.az xəbər verir ki, qəsəbə təmsilçisi VIII tur çərçivəsində qəbul etdiyi "Kəpəz”i üstələyib - 3:0.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Təmkin Xəlilzadənin dublu və Riçard Qadzenin qolu ilə 3 xal əldə edib.
Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. "Zirə” 18 xalla 2-ci, "Kəpəz” isə 4 xalla sonuncu pillədədir.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Təmkin Xəlilzadənin dublu və Riçard Qadzenin qolu ilə 3 xal əldə edib.
Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqeyi dəyişməz qalıb. "Zirə” 18 xalla 2-ci, "Kəpəz” isə 4 xalla sonuncu pillədədir.
Günün ikinci matçı Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə "Qəbələ" arasında keçirilib. Qonaqlar ilk dövrədə evdə rəqibini bir cavabsız qolla məğlub etsələr də, bu kollektivlərin son 9 qarşılaşmasında meydan sahibi olan komanda heç vaxt uduzmamışdı. Amma bu dəfə ənənə pozulub. "Qəbələ” indiyədək baş tutan bütün oyunlarda olduğu kimi, yenə qol sevinci yaşayıb. 29-cu dəqiqədə Famussa Kone "Sumqayıt"ın qapıçısı Fərhad Vəliyevlə təkbətən çıxaraq, hesabı açıb. İkinci hissədə Samir Abasovun baş məşqçi olduğu komanda ən azı bərabərlik qolunu vurmağa çalışsa da, buna nail ola bilməyib. Bununla da "Sumqayıt” "qırmızı-qaralar”a qarşı keçirdiyi 22-ci oyunda 15-ci dəfə məğlub olub.
Azərbaycan Premyer Liqası
VIII tur
14 oktyabr (şənbə)
16:00. "Zirə” – "Kəpəz” - 3:0
Qollar: Təmkin Xəlilzadə, 47; 64. Riçard Qadze, 76
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cəmil Quliyev, Elvin Əsgərov AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə İdman Kompleksinin stadionu
18:00. "Sumqayıt” – "Qəbələ” - 0:1
Qol: Famussa Kone, 29
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, İnqilab MəmmədovAFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
"Kapital Bank Arena”