Rusiyada 21 yaşadək futbolçular arasında təşkil olunan ölkə çempionatında meydanın mərkəzindən qol vurulub.
Sportnet.az xəbər verir ki, baxımlı qol XIII tur çərçivəsində keçirilən "Dinamo” – "SKA-Xabarovsk” görüşündə qeydə alınıb.Meydan sahiblərinin hücumçusu Viktor Demyanov 77-ci dəqiqədə rəqib komandanın qapıçısının irəli çıxdığını görərək topu tora yollayıb.
Qeyd edək ki, matç "Dinamo”nun 3:0 hesablı qələbəsi ilə nəticələnib.
]










































































