
"Qarabağ” Azərbaycan çempionatlarında tarixi qələbəsini qazanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi buna Azərbaycan Premyer Liqasının VIII turunun "İnter”lə görüşündə nail olub.
Səfərdə 2:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə birinciliklərində 400-cü qələbəsini bayram edib. Bu göstəricidə yalnız "Neftçi”dən geri qalıb, Azərbaycanda ikinci olan "Qarabağ” yubileyi 728-ci matçında yaşayıb. Bu isə komandanın keçirdiyi oyunların təxminən 55 faizində qalib gəldiyi deməkdir. Bütün ölkə çempionatlarının iştirakçısı 400 qələbədən 243-nü evdə, 154-nü səfərdə, 3-nü neytral meydanda əldə edib.
Beş qələbə qazanıb, 3 heç-heçə edən Ayxan Abbasovun yetirmələri 2015/16 mövsümündəki rekordunu yeniləyib. Həmin vaxt Premyer Liqanın debütantı ardıcıl 7 oyunda uduzmamışdı. Bakılılar VIII turu yenilgisiz keçməklə 2 il əvvəlki nəticəni arxada qoyub.