
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Türkiyənin "Trabzonspor" klubunun təklifini rədd edib.
Sportnet.az-ın "Sportarena"ya istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis hazırda "Qarabağ"da icarə əsasında çıxış edən Ramil Şeydayevlə danışdıqdan sonra belə qərara gəlib.
Müqavilə üzrə "Trabzonspor"a məxsus Şeydayevin Prosineçkiyə nələr dediyi açıqlanmır. Ona ilinə 1 milyon avro təklif edildiyi bildirilirdi.
Qeyd edək ki, Robert Prosineçkinin AFFA ilə müqaviləsi dekabrda başa çatacaq.