"Gərgin oyun oldu. "Sumqayıt”ın evdə istəkli olduğunu bilirdiki. Matçın başlanğıcı istədiyimiz kimi alındı, erkən qol vurduq. Lakin daha sonra səhvlərə yol verdik”.
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə”in baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Sumqayıt”a 1:2 hesablı məğlubiyyətdən sonra deyib.
36 yaşlı mütəxəssis bildirib ki, komandası ikinci qolu vura bilsəydi, hər şey başqa cür olardı: "Zəif oyunlarımızdan oldu. Müdafiədə səhvlər etdik. Heyətə müəyyən problemlər var. İndi ən çətin anlardır. Çalışacağıq ki, toparlanaq.
- Qapıçınız Kamal Bayramovun əla qurtarışları olmasaydı, "Sumqayıt”daha böyük hesabla qələbə qazana bilərdi. Onu bundan sonra da əsas heyətdə oynadacaqsınız?
- Yenə də deyirəm, biz ikinci qolu vura bilsəydik, başqa cür olardı. Kamala gəlincə, ona ötən mövsümdə də şans verirdik. Hazırda Anar Nəzirovun ayaqlarında ağrılar var. Ona istirahət vermişdik. Rəqiblərdən asılı olaraq hər ikisin oynadacağıq.
- Qabriel Matey əvəzlənən zaman bua etiraz etdi. Həmin an ona nə dediniz?
- Qabriel narazılıq edə bilər, futbolda belə şeylər olur. Lakin bunu aşkar etməməlidir. Ona bunu söylədim. Heç kimə fərq qoymuruq. O, cəzasını alacaq.
- Bu gün "Zirə” ən bərbad oyunlarından birini keçirdi. Səbəb nədir?
- Ümumən bərbad oynamadıq. Bundanda pis oyunlarımız olub. Bəzi futbolçularımız həddindən artıq zəif çıxış etdilər. Açığı, mətbuat konfransında futbolçuları günahlandıraq mənim tərmiz deyil. Komanda şəkində uduzduq. İddialı klubda olduqları üçün üzərlərində təziq var. Buna öyrəşməyiblər. Bu oyunu undub, "Qəbələ” ilə görüşü düşünməliyik.
- Riçard Qadze və Təmkin Xəlilzadənin "Qarabağ”ın maraq dairəsində olduqları söylənilir. Təklif gəlsə, buraxacaqsınız?
- Futbolçularımıza iddialı klublardan təklif gələrsə, bu bizi sevindirər. Yayda Təmkindın danışan yox idi, indi milliyə dəvət alır. Ötən illə müqayisədə Qadzedə də fərq var. Bu rəhbərliyin işidir. Təklif gələrsə, baxarlar. Hər futbolçu "Qarabağ”da oyna bilməz.
- Xəlilzadə oynaya bilər?
- Niyə də oynamasın? Azərbaycanın ən perspektivli futbolulardan biridir. Amma "Qarabağ”ın işinə qarışa bilmrəm. Təmkin üzərində çox işləməlidir.