1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Messi və Ronaldudan yaxşı olan son futbolçu
Ronaldinyo: "Kakanın edə bilməyəcəyi bir şey yoxdur. O hər şeyi bacarar”
Həqiqətən də Kaka karyerası ərzində nə istədisə, onu da bacardı. O, artıq futbolla vidalaşır.
"Futboldan həzz almadığımı hiss edirəm. Hər oyunu ağrılar içində başa vururam. Zədələnirəmsə, 35 yaşında təzədən sağalmaq çox çətindir”.
Kakanın son sözləri bu oldu. Hətta axırıncı oyunda ağlamaqdan da çəkinmədi. Onun göz yaşlarında böyük hekayələr vardı. "Ballon dOr”, dünya çempionluğu, Çempionlar Liqası, İtaliya çempionluğu, "Santyaqo Bernabeu”, "Milan” və s. Onun uşaqlıqdan bəri iki sevgisi var: Biri həyat yoldaşı Karolina Seliko, digəri isə futbol. İndi birindən ayrılır.
Pele, Ronaldo, Romario, Roberto Karlos, Kafu, Rivaldo...
Braziliya əfsanələrindən demək olar hamısının həyatı yoxsulluq içində keçib. Bu əfsanələrin hamısı Braziliyanın qarışıq küçələrində futbolçu olmaq xəyalı ilə yaşayıblar. Hamısı əfsanə oldu. Kaka isə varlı ailənin övladı idi. O, küçələrdə futbol oynayanlarla eyni xəyalı qururdu. Digərləri futbolu yoxsulluqdan qurtulmaq üçün bir vasitə kimi görürdü. Kaka üçün isə bu, bir sevgi idi. Futbol oynamağa məcbur deyildi. Atası mühəndis idi. O, futbolçu olması üçün oğluna həmişə dəstək oldu.
Kakadan "Ən sevdiyin kitab” soruşulanda o, "İncil” cavabını verirdi. O hər dəfə qol vurduqda əllərini havaya açıb Tanrıya şükür edirdi.
"Milan”ın sabiq baş məşqçisi Karlo Ancelotti Kaka haqqında bunları söyləyib: "O, çox soyuqqanlıdır. Onun əsas istedadı ayaqlarında deyil, beynindədir. Ağlından keçənləri ayaqları ilə gerçəkləşdirə bilir”.
"Milan” 2007-ci ildə Çempionlar Liqasını qazandıqdan sonra "Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson Kaka haqqında fikirlərini deyib: "O, dünyanın yaşayan ən yaxşı iki futbolçusundan biridir”.
Ferqyusonun fikirincə, digəri Ronaldudur.
BBC 13 yanvar 2009-cu ildə "Mançester Siti”nin Kakaya 100 milyon funt sterlinq təklif etdiyini yazdı. Hadisələr o andan dəyişdi. Kaka çıxan şayiələrə "Milan”da qocalmaq istəyirəm” cavabını verdi. Daha sonra "Milan” məni satmaq istəsə, oturub danışarıq” söylədi. Klubun sahibi Silvio Berluskoni 2009-cu ilin dekabrında "Mançester Siti” ilə transfer barədə razılıq eldə edə bilmədiyini açıqladı. Bu xəbərləri eşidən azarkeşlər Kakanın formalarını yandırmağa başladılar. Heç kim "Real Madrid” klubunun Kakanı bu qədər istədiyini bilmirdi.
"Milan” azarkeşləri yalnız ”Fiorentina” matçında "Non si vande Kaka” – "Kakanı satmayın” pankartını açdılar.
Kakanın karyerasındakı səhvi "Milan”dan ayrılması idi. 6 il ərzində İtaliya klubunda möhtəşəm futbol oynadı. "Ballon dOr” qazandı, İlin futbolçusu seçildi və Çempionlar Liqasının kubukunu qaldırdı. Kakanı "Real”a transfer etmək çətin olmadı. 68 milyon avro qarşılığında "Milan”dan ayrıldı. Braziliyalı İspaniyada yaxşı qarşılandı. Ancaq "Milan” azarkeşləri hirsli idi. İlk mövsümündə "Real Madrid”in əsas futbolçularından oldu. Ancaq 2010-cu ilin avqustunda dizindən zədələndi. Sonrakı mövsüm 4 ay oynamadı. 2011-ci il yanvarın 3-də "Xetafe” ilə qarşılaşmanın 77-ci dəqiqəsində Kərim Benzemanın əvəzinə meydana daxil oldu. Kaka əvvəlki kimi çıxış edə bilmirdi. Zədə onun yaxşı oynamasına mane oldu. "Real Madrid”in yeni futbolçusu Mesut Özil artıq Kakanın yerini tutmuşdu. Futbolçu 2013-cü ildə "Real Madrid”lə vidalaşdı. İspaniya klubunda 120 matçda iştirak etdi. 29 qol vuran braziliyalı 32 məhsuldar ötürmə ilə yadda qaldı.
"Milan” klubu 2013-cü ilin sentyabrında Kakanın komandaya qayıdacağını açıqladı. Onun hekayesi qaldığı yerdən davam edəcəkdi. 2014-cü ilin yanvarında "Milan” forması ilə 100-cü qolunu vurdu. Bu qol azarkeşlərin onu yenidən sevməsinə yardımcı oldu. Ancaq Kaka "Milan”da bir mövsüm çıxış edə bildi. İtaliya klubu futbolçu ilə müqaviləsini qarşılıqlı razılaşma yolu ilə bitirdiyini açıqladı.
Kaka MLS tarixinin ən çox qazanan futbolçularından biri oldu. O, "Orlando”da karyerasını davam etdirdi. San-Pauluya da borcunu ödədi. Braziliya klubunda cəmi 24 matçda iştirak etdi.
Təcrübəli futbolçu açıqlamalarının birində bu sözləri deyib: "Messidən və Ronaldudan daha yaxşı idim. Onları arxada qoyub "Ballon dOr”u qazandım. O vaxtdan bəri hər ikisi sıra ilə bunu qazanır”.
Futbolsevərlər onu izlədiyi üçün çox şanslı idi. Lakin Kaka möhtəşəm futbolçu karyerasını geridə qoydu.
Təbriz QULİYEV