1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Klublararası dünya çempionatının formatı dəyişdirilir
Futbol üzrə klublararası dünya çempionatının formatı dəyişdirilə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə TASS-a FİFA Şurasının üzvü Aleksey Sorokin bildirib.
Onun sözlərinə görə, yeni formatın tətbiqi 2021-ci ilə planlaşdırılıb. 2018-ci il dünya çempionatının Təşkilat Komitəsinin baş direktoru olan A.Sorokin deyib ki, turnirin yayda təşkil olunacağı istisna edilmir: "Şura mövcud klublararası dünya çempionatının bazasında Dünya Liqasının təşkil olunmasını müzakirə etdi. Böyük ehtimalla, çempionat 2021-ci ildə yeni formatda təşkil olunacaq. Komandaların sayının artırılması yönündə iş aparılacaq”.
Qeyd edək ki, ilk dəfə klublar arasında dünya çempionatı 2000-ci ilin yanvarında Braziliyada keçirilib. FİFA bu turniri Qitələrarası Kubokun varisi kimi qəbul edib.