İngiltərənin 6-cı liqa klubu "Salfort Siti"nin "Bredford Park Avenyu" ilə matçında qeyri adi hadisə baş verib.
Sportnet.az-ın məlumatına görə, oyunun son dəqiqələrində "Salfort Siti" hesabda 2:1 öndə olan vaxt hakimin Maks Krokombeyə qırmızı vərəqə göstərməsi futbolçuları və azarkeşləri təəccübləndirib.
Komandası hücumda olarkən stadionun kənarında təbii ehtiyacını qarşılayan qapıçı oyundan qovulub.
Futbolçu bu hərəkətindən sonra azarkeşlərdən üzr istəyib: "Səhv etdim. Heç kimi narahat etmək istəmirdim. Azarkeşlərdən üzr istəyirəm".