"Neftçi"nin mərhum azarkeşi Müsəllim Haqverdiyev "Sumqayıt"la Azərbaycan Premyer Liqasının X tur matçında unudulmayıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşmadan əvvəl paytaxt təmsilçisinin azarkeşləri anlamlı pankart açıblar.
Komandanın kapitanı Ruslan Abışov həmin pankartı "Forza Neftçi" azarkeş qurupuna təqdim edib. Haqverdiyev xərçəngdən vəfat edib.
Qeyd edək ki, "Neftçi" "Sumqayıt" matçında meydan sahibləri 1:0 hesabı ilə öndədir.