
Türkiyə Superliqasında X turunda "Qalatasaray" klubu səfərdə "Trabzonspor"la qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, matçın 1-ci hissəsində qapılara qol vurulmayıb. Qarşılaşmanın ikinci hissəsi daha əlamətdar olub. Qaradəniz təmsilçisi rəqibini 2:1 hesabı ilə üstələyib. Hesabı 49-cu dəqiqədə meydan sahiblərindən Dame NDoye açıb. Bundan 20 dəqiqə sonra Yusuf Yazıcı ikinci qolu vurub. "Qalatasaray"ın gücü 54-cü dəqiqədə Qari Rodrigesin təsəlli topuna çatıb.
Gərgin keçən oyunda qol sayı qədər qırmızı vərəqə göstərilib. "Trabzonspor"dan 45-ci dəqiqədə Olcay Şahan, "Qalatasaray"dan isə həmin dəqiqədə Sofian Fequli ilə 90+3-cü dəqiqədə Papa NDiaye meydandan qovulub.
Qeyd edək ki, bu İstanbul klubunun cari mövsümdə ilk məğlubiyyətidir. Bu qələbə nəticəsində xallarının sayını 12-ə çatdıran "Trabzonspor" 11-ci pilləyə yüksəlib. 23 xalı olan "Qalatasaray" isə 1-ci pillədə qərarlaşıb. "Sarı-qırmızılar"ın ən yaxın izləyiciləri "Başakşehir" 20 xalla 2-ci, "Beşiktaş" isə 18 xalla 3-cü yerdədir.