
Şotlandiyanın "Kaudenbit" komandasının futbolçusu Cordan Qarden ən yersiz penalti qazanıb. "Report"un məlumatına görə, kuryoz olay Şotlandiyanın II Liqasında "Berik"lə oyun zamanı baş verib.
Qarden rəqibin hücumunu yerə yıxılaraq, başı ilə ona badalaq atıb. Baş hakimin təyin etdiyi penalti oyunun nəticəsini müəyyənləşdirib. "Berik" 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 10 komandanın mübarizə apardığı çempionatda "Kaudenbit" 10 oyundan 5 xalla sonuncu yeri tutur. "Berik" isə 15 xalla 6-cıdır.