
Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 9:30-da başlayacaq tədbirin gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi
2. AVRO-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya
3. Digər məsələlər
İclas başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.