1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"a belə boşluqlar vermək olmaz"
"Oyuna çox yaxşı başladıq. Düşünürəm ki, qola kimi yaxşı oynadıq. Komandamız yaxşı mübarizə aparırdı. Mübahisəli penalti epizodu da oldu. Ani boşluqlardan ilk hissənin sonlarında 2 qol buraxdıq".
Bunu "Kəpəz"in futbolçusu Tural Rzayev evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XI tur matçından sonra Sportnet.az-a açıqlamasında deyib. 24 yaşlı hücumçu bildirib ki, "Qarabağ" kimi komandaya belə boşluqlar vermək olmaz: "Onların heyətində elə futbolçular var ki, oyunun taleyini həll edə bilərlər. Belə də oldu. Əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər və qapımıza yol tapdılar".
Məğlubiyyətə baxmayaraq, Rzayev komandasından razılıq ifadə edib: "Ümumi götürəndə pis təsir bağışlamadıq. Komandamız vuruşdu, mübarizə apardı. Çox səhv etdiyimizə görə məğlub olduq".