
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Sportnet.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Renat Dadaşov Almaniya millisi ilə oyunda zədələndiyi üçün yığma komandadan ayrılıb.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Kosovo matçı noyabrın 14-ü saat 18:00-da başlayacaq.