Türkiyə Superliqasında 11 oyunda 11 qol vuran və 3 məhsuldar ötürmə ilə birlikdə 14 qolda iştirak edən "Qalatasaray"ın "panter" ləqəbli futbolçusu Bafetimbi Qomis, Avropanın hesaba ən çox fayda verən yeni transferi oldu.
Sportnet.az-ın məlumatına görə, fransalı hücumçu mövsümün əvvəlində 222 milyon avro ilə "Barselona"dan PSJ-yə transfer olan Neymarı da arxada qoyub. Fransa çempionatında 7 qol vuran və 5 məhsuldar ötürmə ilə yadda qalan Neymar ikinci olub.









































































