İngiltərənin "Everton” klubu "Beşiktaş”ın və Türkiyə millisinin futbolçusu Oğuzhan Özyakupu transfer etmək istəyir.
Sportnet.az-ın məlumatına görə, komanda 25 yaşlı yarımmüdafiəçi üçün artıq İstanbul klubunun rəhbərliyinə rəsmən müraciət edib.
Oğuzhanın transfer qiyməti isə iki klub arasında danışıqlardan sonra müəyyənləşəcək.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2012-ci ildən "Beşiktaş”da çıxış edir. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 17 oyunda iştirak edib və 1 qola imza atıb.









































































