Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayevlə görüşüb.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Təbriz Həsənov U-19-un, Mirbağır İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsindəki çıxışı ilə bağlı hesabat təqdim edib.
Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.
U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.